Bölmə 02
Proqramlar
Windows üçün — endir, qur, istifadə et. Hər birinin nə etdiyi aşağıda yazılıb.
7 proqram Windows 10 və 11 Pulsuz
Siyahı
7 proqram-
McLauncher v1.0.4
Minecraft launcher — dostluq sistemi, skin dəstəyi, sadə interfeys. Öz saytı da var.
-
DüzYaz v1.0
Səhv klaviatura düzülüşündə yazdığın mətni bir düymə ilə düzəldir. Yüngül, arxa fonda işləyir. Öz saytı da var.
-
SanalPult v1.0.0
Kompüterdən telefon və ya TV-ni uzaqdan idarə et — canlı ekran, toxunma, klaviatura. Samsung TV üçün pult rejimi. Şəbəkədəki cihazları avtomatik tapır.
-
FerhadScale v1.0.0
FSR 1.0 upscaler — oyunu aşağı ayırdetmədə render et, FerhadScale tam ekrana ağıllı böyütsün. FPS qalxır, görüntü kəskin qalır. Pəncərəli və borderless oyunlar üçün.
-
FerhadGuard v1.0.0
Kompüterinə icazəsiz özünü qoşan proqramları tutur — avtostart açarlarını və planlaşdırılmış tapşırıqları canlı izləyir, imzasını yoxlayır, şübhəlini karantinə salıb səni xəbərdar edir.
-
FerhadAuth v0.2.0
Kamera ilə davamlı üz tanıma — sən masadan duranda və ya qarşına tanımadığı adam keçəndə Windows-u dərhal kilidləyir. Yeni: sahib qapısı (qorumanı yalnız sənin üzün + şifrən dayandıra bilir), ekranın üstündə canlı status göstərən indikator, və əsl əl tanıma modeli ilə barmaq jesti — kameraya barmaq göstərib kompüteri müvəqqəti açıq saxla. Geri girmək yenə Windows-un öz parolu ilədir.
-
Arxa Klik v1.0.0
Arxa planda avtomatik klik — bir neçə nöqtə qur, hər birinin öz sürəti olsun. Kliklər birbaşa hədəf pəncərəyə göndərilir, fiziki mouse göstəricin heç tərpənmir: sən başqa işini görə bilərsən. Qlobal qısayollar (F8 başlat, F9 nöqtə, F10 dayan). Qeyd: Chromium əsaslı brauzerlərdə və DirectX oyunlarında arxa-plan klik işləmir.