Səsləndir — mətni təbii səslə oxut
Səsləndir Ferhad Hub-ın pulsuz veb alətidir. Mətni yapışdırırsan, səs seçirsən — alət onu robot səsi ilə yox, təbii və səlis neyron səslə oxuyur. Nəticəni MP3 kimi yükləmək olar. Qeydiyyat, kredit və ödəniş yoxdur.
Nə edir
- Azərbaycan dilində iki neyron səs: Banu (qadın) və Babək (kişi).
- 70-dən çox dildə 300-dən çox səs — ada, dilə və koda görə axtarış, hər səs üçün qısa nümunə.
- Sürət, ton və səs gücü şkala slider-ləri ilə tənzimlənir.
- Səslənən cümlə və söz mətndə canlı işıqlanır; istənilən sözə toxunub oradan dinləmək olar.
- Uzun mətnlər (60 000 simvola qədər) cümlə sərhədlərindən hissələrə bölünüb ardıcıl bir səs faylına yığılır.
- MP3 səs faylı, həmçinin söz vaxtlarından hazırlanan SRT və VTT altyazı faylları yüklənir.
- TXT və Markdown faylından mətn açmaq; tarixçə yalnız istifadəçinin öz brauzerində saxlanır.
Səslər haqqında
Səslər Microsoft Edge brauzerinin “Ucadan oxu” funksiyasında işlənən pulsuz neyron səslərdir. Mətn səsləndirmə üçün Microsoft-un nitq xidmətinə göndərilir; Ferhad Hub mətni saxlamır və log-a yazmır.
English
Səsləndir is a free text-to-speech tool. Paste text, choose one of 300+ natural neural voices in 70+ languages (including Azerbaijani), adjust speed, pitch and volume, follow the highlighted words while listening, and download MP3 audio with SRT/VTT subtitles. No sign-up, no credits.